Ermənilərin Qarabağ hiyləsi: Kreml nə edəcək?

05-12-2022 12:01


Erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onların arxasında duran Qərb xüsusi xidmət orqanlarının (MKİ və s.) hədəfi və tapşırığı rus sülhməramlıları ilə Azərbaycan Ordusu arasında toqquşma yaratmaqdır və bunu Rusiya-Azərbaycan genişmiqyaslı hərbi münaqişəsinə çevirməkdir.

Dalidag.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, bu münaqişə halında Türkiyə və onun üzvü olduğu NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaza daxil ola bilər:
“Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyat keçirən və bütün hərbi və iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.
Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.
Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçıları Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir.
Rusiya Federasiyası öz milli maraqlarının zərərinə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da.
Kaliforniyada isə “Artsax” yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur: ATƏT-in Minsk Qrupu - kömək edin!/axar.az

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 05-12-2022 12:01
Baxış sayı: 3162
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını