Lavrovun Qarabağ açıqlaması İrəvanda ŞOK YAŞADIR
03-12-2022 12:24

Dalidag.az axar.az-a istinadən bildirir ki, erməni müxalif siyasilər və ekspertlər Lavrovun "bu qədər açıq danışmasının səbəbini" müəyyən etməyə çalışırlar.
S.Lavrov eyni zamanda Soçidə Rusiyanın sülh sazişinin imzalanması, Qarabağın "statusu"nun isə "gələcək nəsillərə saxlanması" barədə təkliflə çıxış etməyə hazırlaşdıqlarını da bildirib. Lakin deyib ki, İrəvan Praqa və Vaşinqtonda 1991-ci il Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bu təklifin üstündən xətt çəkmiş oldu. Belə ki, Almatı bəyannaməsi keçmiş DQMV-nin Azərbaycan ərazisi olduğunu təsdiqləyir, öz ərazisindəki muxtar qurumu salayıb-saxlamamaq isə birbaşa Azərbaycanın işidir.
Mövzu ilə bağlı danışan "Ermənistan" blokunun deputatı Geqam Manukyan da bildirib ki, Praqa görüşündən sonra, Soçi görüşündən əvvəl onlar İrəvanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı "narahatlığını" bildirmişdilər:
"İndi, təəssüf ki, bu barədə Rusiyanın xarici işlər naziri də danışır. Bamayaraq ki, mən Lavrovun Almatı bəyannaməsinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədiyi barədə interpretasiyası ilə razı deyiləm".
O deyib ki, indiyə qədər heç kim Almatı bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tanındığını gündəmə gətirməmişdi. Yalnız Paşinyan bunu bildirməklə, əslində Qarabağın Azərbaycan ərazisi olduğunun indi deyil, 31 il öncə tanındığını elan edib.
"Nikol Paşinyan Soçi görüşü öncəsi demişdi ki, Rusiyanın öz təklifini verməsi yaxşı olardı. Təsəvvür edirsinizmi, Ermənistan Qarabağ məsələsini qaldırmır, Paşinyan bütün məsuliyyəti Rusiyanın çiyinlərinə qoyur. Bununla da İrəvan Soçidə Rusiya tərəfini çox pis situasiya ilə üz-üzə qoydu".
Lavrovun bu qədər açıq və sərt danışığına gəlincə, Manukyan deyib ki, Ermənistanda hər şeydə Rusiyanın günahlandırılmasından Moskva artıq bezib.
Kateqoriya: Qarabağ
Tarix: 03-12-2022 12:24
Baxış sayı: 4232Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















