Zəngəzur dəhlizi, eləcə də Azərbaycanın sayəsində regionda meydana çıxan bir çox digər mühüm infrastruktur layihələri regional əlaqələrin artırılması üçün əsas hərəkətverici qüvvələr kimi çıxış edəcək.
Dalidag.az bildirir ki, bunu trend-ə Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECİPE) baş qeyri-rezident əməkdaşı Tengiz Pxaladze deyib.
Ekspertin fikrincə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı genişmiqyaslı bərpa işləri regionun bütün maraqlı tərəfləri üçün bir çox yeni imkanlar açacaq."Məsələn, Zəngilan və Füzulidə beynəlxalq hava limanları kimi nəqliyyat qovşaqlarının fəaliyyətə başlaması Cənubi Qafqaz üçün çox vacibdir. Bu marşrutlar Azərbaycanın əlaqələrini artırmaqla yanaşı, həm də ölkənin bu gün təmin etdiyi sabitliyi vurğulayır, hamı üçün yeni imkanlar açır", - deyə T.Pxaladze bildirib.
T.Pxaladze vurğulayıb ki, bütün bu unikal iqtisadi imkanları reallaşdırmaq üçün təbii ki, ilk növbədə Ermənistanla sülh sazişi əldə etmək lazımdır.
"Zəngəzur dəhlizi layihəsini həyata keçirmək üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində iş başa çatdırılmalıdır və həqiqətən ümid edirəm ki, bu, bütün regionun rifahı naminə tezliklə nəticə verəcək. Mən inanıram ki, region ölkələri və ən əsası, bu ölkələrin biznesləri Cənubi Qafqaza daha çox diqqət yetirəcəklər", - deyə ekspert yekunda bildirib.
Zəngəzur dəhlizi niyə önəmlidir? - Ekspert izah edir
26-11-2022 10:40

Kateqoriya: Qarabağ
Tarix: 26-11-2022 10:40
Baxış sayı: 4228Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















