Reklam
Xankəndim, xan şəhərim! - Qalib Şəfahətin şeiri
25-11-2022 18:21
Qalib ŞəfahətXankəndi şəhərinə bir ağı.
Əvvəl örüş yeri oldun,
Sonra, görüş yeri.
Xankəndim, xan şəhərim,
Xaniman şəhərim.
Xanların anuşları,
hayqanuşları
Başına çəkib,
bihuş olub
Uduzulan şəhərim.
Göbək rəqsi çalındıqca,
Göbələk kimi bitdi anuşlar,
haykanuşlar bilinmədi qüssəm,
qəhərim
Ayaqda saxladıq,
əldən uduzlan şəhərim.
Əlimiz anuşların belində
sən də əsir oldun,
anuşların əlində
qalan şəhərim, xan şəhərim.
Gümanlar içində güman
şəhərim ətrafi çis – çəsək,
duman şəhərim.
Xankəndim, xan şəhərim.
Qala qurduq qalmadıq,
Doyunca kam almadıq.
Ey! kef şəhərim,
kefqom şəhərim!
Dunyaya gəlişin xan oğlu xan tək,
Bir vaxt Şuşa ilə dərd ortağıydın.
İndi əsirlikdə qalan şəhərim.

Kateqoriya: Qarabağ
Tarix: 25-11-2022 18:21
Baxış sayı: 3965Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























