Bu ilin sonuna qədər BP şirkəti Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək.
Dalidağ.az report-a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, hazırda BP-nın layihəsi əsasında 11 kiçik su elektrik stansiyasından artıq 4-ü bərpa edilib: "İlin sonuna qədər 54 meqavatlıq 11 stansiyanın bərpası nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi ilə birlikdə digər stansiyaların da bərpa edilməsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində işləri davam etdirəcəyik".
E. Soltanov deyib ki, işğaldan azad edilmiş ərazilərdə istehlak olunan enerjinin əldə edilməsində yaşıl mənbələrdən istifadə olunacaq və təbii qazdan istifadə məhdud sayda təşkil edəcək.
Reklam
Qarabağda 11 su elektrik stansiyası bərpa ediləcək
02-11-2022 18:39

Kateqoriya: Qarabağ
Tarix: 02-11-2022 18:39
Baxış sayı: 2314Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























