Reklam
“Qarabağın statusu məsələsi gələcək nəsillərin işidir” - Rusiya səfiri
01-11-2022 12:35

“Bütün nizamlanma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır”
Dalidag.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin jurnalistlərə müsahibəsində Rusiyanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.Onun sözlərinə görə, “Dağlıq Qarabağ”ın statusu məsələsi bütün tərəflər üçün məqbul ədalətli həll üçün şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır. Bundann əlavə, səfir onu da qeyd edib ki, Rusiya rəhbərliyi bunu dəfələrlə bəyan edib.
“Bütün nizamlanma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır”, - deyə rusiyalı diplomat bildirib.
Sülh müqaviləsi və onun müddəalarına gəlincə, səfir bildirib ki, o, hesab edir ki, Soçi görüşünün nəticələrinə əsasən, hələlik razılaşdırılmamış məsələlər var və bununla belə, onların üzərində iş davam etdiriləcək.
Xatırldaq ki, 31 oktyabr tarixində Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Qeyd edək ki, üçtərəfli görüşdən öncə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 01-11-2022 12:35
Baxış sayı: 2292Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























