Laçından son görüntülər -VİDEO
24-08-2022 10:15
Dalidag.az xəbər verir ki, saytın müxbiri Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayiəti ilə Laçına yola düşüb.
Reрortajda qeyd edilir ki, Laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Bu illər ərzində işğal altında olan Laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.
"Geri qayıdırıq. Laçında yolunun kənarında nəhəng torpaq sahələri var. Vadidə meşələrin və çəmənliklərin necə yandığını aydın görmək mümkündür. Meşələr sadəcə yandırılmır, həm də ağaclar kəsilməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarına düzülür. Qiymətli ağaclar daha sonra satıla bilər. Azərbaycan ərazilərini tərk etməkdən məyus olan erməni kişiləri evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənlərini toplayırlar”, - deyə reportajda bildirilir.
Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-08-2022 10:15
Baxış sayı: 4323Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















