Azərbaycan rusların qarşısında şərt qoydu: Ordumuz Zabuxa girə bilər
21-08-2022 11:58

Azərbaycanın Laçın rayonunun Zabux kəndində qeyri-qanuni məskunlaşan ermənilərə təxliyədən əvvəl evlərini yandırmamaq barədə xəbərdarlıq edilsə də onlar əməllərini davam etdirirlər.
Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Mənbə iddia edir ki, Azərbaycan ermənilərin evləri yandırmağa davam edəcəyi təqdirdə Zabuxa qoşun göndərəcəyi ilə hədələyib.
Vurğulanır ki, ermənilər hər dəfə kənddə evləri və meşələri yandıranda Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən ekoloji qurumlara müraciət edərək, sübut kimi müvafiq videomaterialı təqdim edib.
Bundan əlavə, Bakı rus sülhməramlılarına xəbərdarlıq edib ki, onlar fəaliyyətsiz olsalar, Azərbaycan ordusunun bölmələri Zabuxa gətiriləcək. Bundan sonra rus sülhməramlıları özləri müvafiq tədbirlər görüblər. Bu baxımdan dünən Zabuxda yanmış evlə bağlı sülhməramlılar hay-küy qaldırıblar.
Öz növbəsində Zabux kəndinin qondarma “rəhbəri” Andranik Çavuşyan “Hraparak”a müsahibəsində evin yandırılması faktını təsdiqləyərək yanğının tez bir zamanda söndürüldüyünü bildirib.
Qarabağdakı qanunsuz erməni quldur dəstələrinin qalıqlarının nümayəndələri İrəvan nəşrinin jurnalistlərinə bildiriblər ki, “onsuz da azərbaycanlılar ermənilərdən qalan evlərdə yaşamayacaqlar və onları dağıdacaqlar. Bu davranış bizim vaxtilə Ağdamı, onların yaşayış məntəqələrini dağıdıb, torpaqlarından istifadə etməyimizə bir cavabdır. İndi bunun qisasını alırlar”./Bizim.Media
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-08-2022 11:58
Baxış sayı: 4246Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















