Reklam
Ermənilər çıxmasa işıq və rabitə kəsiləcək
16-08-2022 17:13

“Avqustun 20-nə qədər əmlakımızı kənddən tam çıxartmaq imkanı əldə etməliyik”.
Dalidag.az-ın məlumatına görə, Laçın rayonunun Zabux kəndindəki erməni icmasının qondarma rəhbəri Andranik Çavuşyan “24 News” telekanalına açıqlamasında belə deyib.
“Hamı qalmaq istəyir, amma bu mümkün deyil. Çünki avqustun 20-də səhər işıq, rabitə kəsiləcək, su da olmaya bilər, çoxlu problemlərlə üzləşirik. İndi birinci vacib məsələ sakinlərin dinc yolla kənddən köçürülməsidir”, -deyə Çavuşyan bildirib.
Onun sözlərinə görə, Zabuxdan çıxan ermənilər üç istiqamətə - Qarabağa, Zəngəzura və İrəvan ətrafına a yola düşürlər və köçərkən problemlərlə üzləşirlər. Bütün bu problemlər isə öz həllini tapmalıdır.
“Biz insanlara kömək etməliyik, indi insanların köməyinə ehtiyacımız var ki, sakinlər əşyalarını köçürsünlər və onları yandırmağa məcbur olmasınlar. İnsanlar əmlakını əlinə alır və hara aparacağını bilmir. İrəvanda sərfəli qiymətə mənzil tapa bilmirlər. Mən hər şeyi deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, avqustun 25-dək hamının – fəhlələrin və sairənin ərazini tərk etməyə vaxtı olmalıdır ki, sonradan problemlə üzləşməsin”./cebhe.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 16-08-2022 17:13
Baxış sayı: 4286Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























