Reklam
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
15-08-2022 10:46
Laçının Zabux kəndində qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib.
Bunu “Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan deyib. Onun sözlərinə görə, həmin ailələr Zabuxdan Zəngəzura köçmək istədiklərini bildiriblər. Xatırladaq ki, “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə əlaqədar Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Laçın şəhərində qanunsuz yaşayan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Azərbaycan tərəfi onlara yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-dək vaxt verib. Zəngəzurun vitse-qubernatorunun sözlərinə görə, bir həftədir vilayət qubernatorunun tapşırığı əsasında bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb. "Hazırda Ağavnodan (Zabuxdan-red.) olan 14 ailə Sünikdə (Zəngəzurda-red.) məskunlaşmağa hazırlaşır, onlar hələ hansı kənddə yerləşəcəklərinə qərar verməyiblər”, – Qazaryan bildirib. O, Laçın şəhərindən çıxacaq daha iki ailəni də gözlədiklərini deyib. Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır. Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar./cebhe.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 15-08-2022 10:46
Baxış sayı: 3366
Yazı axını
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar