Rusiya Əskipara kəndində post qurur
05-08-2022 12:45
Ermənistan-Azərbaycan sərhədində Əskipara (ermənilər Voskepar adlandırır - red.) kəndində Tovuz istiqamətində Rusiya ordusunun (ərazidə quraşdırılmış dəmir vaqonun üzərindəki Rusiya bayrağının rənglərinə əsasən) artıq ikinci blokpostu tikilir.Dalidag.az xəbər verir ki, bu barədə Caliber.az erməni mətbuatına istinadən məlumat yayıb.
Kənd soveti Rusiya blokpostunun tikintisini təsdiqləyib. Tavuş rayonunun Berd kəndində daha bir Rusiya blokpostunun tikintisi iki ay əvvəl məlum olub. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu məlumatı aşağıdakı ifadə ilə rəsmən təkzib edib:
“Müdafiə Nazirliyi Tavuş vilayətinin Berd icmasında, keçmiş hava limanı ərazisində Rusiya hərbi obyektlərinin tikintisi ilə bağlı rəsmi məlumatlara malik deyil. Ermənistan-Azərbaycan sərhədinin göstərilən hissəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi Ermənistan Respublikası Silahlı Qüvvələrinin müvafiq bölməsi tərəfindən həyata keçirilir”.
Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.
“Mətbuatda Rusiya hərbçilərinin Tavuş vilayətində, xüsusən də Voskepar (Əskipara) kəndində olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, Rusiya sərhədçiləri qeyd olunan ərazidə yerləşdirilib, inşaatçılar isə sərhədçilərin maddi-texniki təminatı üçün binaların tikintisi üzrə işlər aparırlar”, - deyə Ermənistan Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-08-2022 12:45
Baxış sayı: 4303Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















