Növbəti FƏRRUX ZƏFƏRİ gəlir
26-07-2022 15:52
"Son olaylar bir daha göstərir ki, Ermənistan rəhbərliyindəki şəxslər 10 noyabr sazişinə əməl etmək niyyətində deyil. İnsidentlərin çoxalması Azərbaycanın qəti addımlar atması ilə nəticələnəcək".
Dalidag.az bildirir ki, bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Azərbaycan ordusu yaxın saatlarda əməliyyatlara başlayacaq:

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması ölkəmizi qəti addımlar atmağa məcbur edir. Bu təxribatlar cavabsız qalmayacaq. Biz yaxın gün və ya saatlarda Azərbaycan tərəfinin adekvat cavablarını müşahidə edəcəyik. Yəni antiterror əməliyyatının başlaması elə də da uzaqda deyil. Bir gündə 9 dəfə atəşkəsin pozulması Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması mənasına gəlir. Təxribatların çoxalması həm də orada xidmət edən əsgərlərimizin də həyatına təhlükə yaradır. Buna görə də ölkəmiz düşmənin atəş nöqtələrini darmadağın etməli və həmin ərazilərdə bayrağımızı qaldırmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində Rusiya tərəfrinə ciddi iradlarını bildirmişdi. Görünür, general Volkov ona ünvanlanan bəyanatlardan düzgün nəticə çıxarmayıb. Belə təxribatların çoxalması növbəti Fərrux zəfərinin təkrarlanması ilə nəticələnək".publika.az
Kateqoriya: Qarabağ
Tarix: 26-07-2022 15:52
Baxış sayı: 4287Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















