Reklam
"Rusiya çarı bəyan edir ki, "Arsax" respublikası yoxdur, bura Azərbaycandır" - Ayryan
05-07-2022 17:23
Dalidag.az erməni mediasına istinadla xəbər verir ki, bunu iyulun 5-də Ermənistan hökumətinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Hadrut adına” Qeyri Hökumət Təşkilatının sədri Levon Ayryan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qaçqınların olması barədə danışmaq istəmir, çünki onlar hər şeydə Rusiya hakimiyyətinə tabedirlər.
“Beynəlxalq görüşlər zamanı Ermənistan və Qarabağ liderləri deyirlər ki, qaçqın problemi var, amma bizə deyirlər ki, biz qaçqın deyilik”, – deyə Ayryan əlavə edib.
Ayryan qaçqınlara Qarabağda evlərin veriləcəyi ilə bağlı vədləri xatırladıb.
“Və bu zaman onların sevimli Rusiya çarı bəyan edir ki, “Arsax” respublikası yoxdur, bura Azərbaycandır. Kimin üçün ev tikirlər? İlham Əliyev deyir ki, bura Azərbaycandır, Putin deyir ki, bura Azərbaycandır, Nikol (Paşinyan-red.) və Arayik (Arutyunyan – red.) bunu inkar etmir. Üstəlik, Laçın təslim olub, Qarabağ Azərbaycan sayılır”, – deyə QHT rəhbəri sərsəmləyib./konkret.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-07-2022 17:23
Baxış sayı: 4252Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























