Reklam
TDT-yə üzv ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb
03-07-2022 10:13

İyulun 3-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb.
Dalidag.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçiriləcək konfransda Azərbaycanla yanaşı, TDT-nin rəsmiləri və quruma üzv ölkələrinin - Türkiyənin, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın, həmçinin müşahidəçi ölkə olan Macarıstanın beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Konfransda əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif olunmuş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformanın gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun Türk Dövlətləri Təşkilatına təsiri, quruma üzv olan ölkələri birləşdirən orta dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və digər mövzular barədə müzakirələr aparılacaq.
Konfrans çərçivəsində qonaqlar üçün Şuşa gəzintisi də təşkil olunacaq.trend
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 03-07-2022 10:13
Baxış sayı: 3227Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























