Rusiya Xankəndini Azərbaycanın nəzarətinə verir - rus və erməni politoloqların izahı

22-06-2022 10:47


 

Rusiya və Ermənistandan olan analitiklərin fikrincə, Kreml bölgəni Bakıya tam təhvil verməkdə maraqlıdır, sülhməramlıların Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb; Moskva bunu niyə istəsin?!

“Qarabağ bölgəsinin Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq”. Bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.
Markov hesab edir ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan potensial olaraq Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın qalan hissəsinin də tərkibində tanınmasını tanımağa hazırdır. “Eyni zamanda Ermənistanın baş naziri Qarabağ ermənilərinə geniş muxtariyyətin xüsusi statusunun verilməsinə nail olmaq istərdi. Azərbaycan Prezidenti isə bu yaxınlarda açıq şəkildə bildirdi ki, geniş muxtariyyət ola bilməz. Bu mövqe ondan irəli gəlir ki, azərbaycanlılar ən mənfi tarixi təcrübəni, ölkə daxilində müəyyən ərazinin xüsusi statusa malik olduğu vaxt yaşayıblar. Məhz erməni əhalisinin separatçı və millətçi əhval-ruhiyyəsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində xüsusi statusu Dağlıq Qarabağ münaqişəsinə səbəb olub. Ona görə də Qarabağ ermənilərinə muxtariyyət verilməsi mümkün deyil.
Amma Prezident İlham Əliyev Ermənistan əhalisinə Azərbaycan vətəndaşlarının bütün hüquqlarını verməyə hazırdır. Makrov qeyd edir ki, bu gün Azərbaycanda 35 minə yaxın erməni yaşayır. Yəni burada heç bir problem olmamalıdır", - politoloq bildirib.
Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"
Markov Qarabağın Bakının müvəqqəti nəzarətində olmayan hissənin də Azərbaycana qaytarılacağını və bu məsələnin həllində Rusiyanın marağının olduğunu qeyd edib: “Paşinyan Ermənistan - Azərbaycan nizamlanmasında Rusiyanın deyil, Fransanın və Avropa İttifaqının əsas moderator olmasını istəyir. O zaman o, öz xeyrinə və Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsində lobbiçilik etmək lehinə oynaya bilər ki, bu da sözsüz ki, Azərbaycanla danışıqlar prosesini ləngidər. Yeri gəlmişkən, üçüncü tərəflərin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yekun bəyanatlarının heç birində ”Qarabağın statusu" məsələsi öz əksini tapmayıb. Qarabağ bölgəsinin hələlik Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq. Bu ərazilər artıq Ermənistanda İkinci Qarabağ müharibəsindən əvvəl oynadıqları rolu oynamır. Regionda reallıq dəyişib. Rusiya da problemi nəhayət həll etməkdə qərarlıdır", - Markov vurğulayıb.
Xankəndi Bakının nəzarətinə keçir, ruslar çıxır - Soqomonyan
İrəvan Dövlət Universitetinin dosenti, politoloq Menya Soqomonyan da zənn edir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə saylı günlər qalıb. Sitat: “Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur. Açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq. Yaxın bir müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu proses başlayan kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”, - erməni politoloq qeyd edib. Maraqlıdır, Rusiya Qarabağda Azərbaycanın tam nəzarəti bərpa etməsində niyə maraqlıdır?
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, hazırda Ukrayna hadisələri və oradakı müharibə Türkiyə-Rusiya arasında bu və digər mövzuların müzakirə arealını genişləndirməkdədir. Politoloqun fikrincə, Moskvanın müharibədə istəyinə çata bilməməsi yeni müttəfiqlər axtarmasına və Türkiyə kimi dövlətlərlə münasibətləri düzəltməyə razılaşmasına gətirib çıxarıb: “Qərb qapıları Rusiyanın üzünə bağlanıb və ciddi iqtisadi problemlərlə üzləşib. Ən optimal logistika qovşağı Azərbaycandır. Azərbaycan vasitəsi ilə Hind okeanına və şərq istiqamətinə açılan yollar var. Rusiyada onu da başa düşməlidirlər ki, Cənubi Qafqaz mübarizənin əsas arealına çevrilməkdədir. Ona görə burada Azərbaycanın maraqları nə qədər çox nəzərə alınarsa, Rusiyanın siyasi-iqtisadi maraqları da bir o qədər nəzərə alınacaq”.
Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC
Zaur Məmmədov

Z.Məmmədovun sözlərinə görə, Rusiya bu səbəbdən tələsməlidir, Xankəndi, eləcə də ətraf rayonların Azərbaycana inteqrasiyası üçün əlindən gələni etməlidir: “Əks halda, bu proses Rusiya üçün yeni müharibənin başlanmasına səbəb ola bilər. O zaman Rusiyanın yox, Amerikanın maraqlarına xidmət edəcək. Çünki proqnoz etdiyimiz proses həm Ermənistanda, həm Azərbaycanda ABŞ-ın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Bu kontekstdə sülhməramlılar, Xankəndi əsas dialoq məsələsi olmalıdır. Fikrimcə, bu məsələlər Bakı-Ankara-Moskva üçbucağında müzakirə olunmalıdır”.
Politoloq Murad Sadəddinov "Yeni TV"nin CANLI YAYIMINDA - YouTube
 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov qəzetimizə qeyd etdi ki, bütün böyük güclər məcburiyyət qarşısında Xankəndi və ətraf ərazilərin Azərbaycanın nəzarətinə keçməsini qəbul etməlidirlər: “Müharibədən sonra baş verənlərə baxanda da reallıq diktə edir ki, gec-tez bu deyilənlər həyata keçsin. Çünki Azərbaycan dəfələrlə bəyan edibsə ”status" yoxdur, o zaman bu bölgə nəzarətimizə keçməlidir. Dünya dövlətləri də bizim mövqeyimizlə razılaşmaqdadır. Ona görə artıq rus ekspertlər bu məsələni dilə gətirməyə başlayıblar. Qarabağın dağlıq ərazisində ayrıca muxtariyyət ola bilməz, sülhməramlıların da fəaliyyəti müvəqqətidir, Rusiya bunu bilir və gerçəkliyi söyləyirlər".
Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi
 Ramiyə Məmmədova 

Ekspert Ramiyə Məmmədova düşünmür ki, Rusiya lap yaxın gələcəkdə Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suverenliyi təmin etməsini istəyir: “Sülhməramlıların davranışları, Rusiyanın hələ də ”Dağlıq Qarabağ" deməsi, Xankəndində separatçı rejimi saxlaması davam etməkdədir. Bizi razı salacaq hər hansı addım atmayıblar. Əgər Böyük qayıdışdan sonra birgəyaşayışla bağlı sülhməramlı qüvvələr səmimi fəaliyyət göstərsələr, deyilənlərə ümid bəsləmək olar. O zaman deyə bilərik ki, bölgədə sülh yaranır, rus hərbçilərinə ehtiyac yoxdur, ermənilər də bizim qanunları qəbul edir. İndiki halda başıpozuq bir dəstə oradakı erməni əhalisini Azərbaycana nifrət əhval-ruhiyyəsində saxlayır, Baqleryan, Balasanyan, Arayutunyan, Babayan kimilər erməni əhalisini “artsax” arzuları ilə zəhərləyib. O baxımdan həmin bölgəyə nəzarət ən azı 2025-dək mümkün görünmür. Amma dövlət iş aparır, hər şey Rusiya ilə danışıqlardan asılıdır".
Ekspertin fikrincə, Rusiya Cənubi Qafqazda mövcudluğunu əldən vermək istəməz: “Onun varlıq forması da məhz Qarabağda qoşunlarını saxlamaqdır. Qarabağa tam nəzarət etsək, sülhməramlılar çıxsa, separatçı güclər təmizlənsə, o halda Rusiyanın təsir imkanları sıfıra enəcək. Bu mənada biz Rusiya hakimiyyətini danışıqlarla inandırmalıyıq ki, Azərbaycan suverenliyi Qarabağda tam təmin etməklə heç də onunla münasibətlərdə Moskvanı narazı salacaq addımlar atmayacaq, qərarlar verməyəcək”.
Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ
Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağda etnik ermənilərin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” Azərbaycan Konstitusiyası ilə təmin ediləcək: “Ermənilərin bölgədə qalmasının yeganə yolu yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməkdir. Əliyev ”status" iddialarının yeni qarşıdurmaya səbəb olacağını deyir və bunu təkcə İrəvana yox, “status”u təzyiq rıçağı kimi görən bütün tərəflərə ünvanlayır. İkincisi, “status” məsələsinin gündəmə gətirilməsi ilə bağlı şifahi razılıq olub və istisna deyil ki, bu razılaşma Brüsseldə əldə olunub, Paşinyanın “status” iddiasını “təhlükəsizlik və hüquq”la əvəz etməsi də bundan qaynaqlanır. Lakin İrəvan razılaşmaya əməl etmir və Əliyev bunun Ermənistan üçün mənfi nəticələri haqda xəbərdarlıq edib".
Təhlilçi bildirir ki, İrəvan Qarabağda “status” istəsə, Azərbaycan Qərbi Zəngəzurda status tələbini irəli sürəcək: “Əliyev mesaj verir ki, İrəvan növbəti dəfə ”status" tələbindən çıxış edərsə, Bakı Qərbi Zəngəzurda status tələbini praktiki mərhələyə keçirə bilər. Bakı artıq Ermənistan tərəfindən praktiki mərhələdə addımların atılmasını tələb edir. Prosesin uzanması hərbi müstəvidə addımları zərurətə çevirə bilər".musavat.com

Dalidag.az




Kateqoriya: Qarabağ
Tarix: 22-06-2022 10:47
Baxış sayı: 3213
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını