Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb.
Dalidag.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar.
Bir neçə gün öncə Xankəndidən “vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb.
Mülki ermənilərə bildirilib ki, tezliklə “Laçın dəhlizi”nə alternativ çəkilən yol istifadəyə veriləndən sonra Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi zonaya daxil olacaq.
“Hraparak” yazır ki, kənddəki erməni icmasının rəhbəri Andranik Çauşyan sakinlər arasındakı çaxnaşmanın qarşısını almaqda çətinlik çəkir.
Artıq kənddə 50-yə yaxın ailə qalıb.
Üçtərəfli sənədə görə, yeni yol bu il ərzində istifadəyə verilməlidir.
Verilən xəbərə görə, yaxın günlərdə Xankəndidən separatçıları təmsil edən şəxslər Zabuxa gələcək, burada yaşayanlarla vəziyyəti müzakirə edəcəklər./modern.az
Reklam
Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb
11-06-2022 16:42

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-06-2022 16:42
Baxış sayı: 4250Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























