Sülhməramlılar üçün CƏMİ BİR NEÇƏ AY: Bu ərazilərdən məcbur çıxacaq
11-06-2022 09:38
Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin sayının artmasına dair əlimizdə heç bir real sübut və material yoxdur. Əksinə onların bir neçəsinin Ukraynada əsir götürülməsi və ya həlak olmasına dair görüntülər mövcuddur".
Dalidag.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Azərbaycan birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi barədə öhdəliklərindən imtina edə bilər:
"Gələn ilin yazına qədər Rusiya sülhməramlı olduqları kimi fəaliyyətlərini davam etdirəcəklər. Yəqin ki, gələn ilin yazından sonra yeni çəkilmiş Laçın-Xankəndi yolundan onlar köçürüldükdən sonra Laçın ərazisindən həm erməni silahlıları, həm də rus sülhməramlıları çəkiləcəklər.
Amma onların gələcək fəaliyyətinə gəldikdə isə hazırda Rusiya sülhməramlılarının davranışları imkan vermir ki, biz onların sonrakı 5 il üçün də burada qalmasınna görə razılıq verək.
Biz prosesləri yaxından izləməliyik. Hazırda orada baş verənlər və Lavrovun da bəyanatları göstərdi ki, burada Azərbaycanın maraqlarına uyğun olmayan, birgə bəyanatın şərtlərinə tamamilə zidd fəaliyyətlər müzakirə mövzusudur. Qarabağda erməni silahlılarının çıxarılmaması üçün Rusiyanı maraqlı tərəf kimi müşahidə edirik. Halbuki bu,
onların sülhməramlı statusuna tamamilə ziddir.
Rusiya sülhməramlıları və erməni tərəfi üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmədiklərinə görə Azərbaycan da birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi barədə öhdəliklərindən imtina edə bilər".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-06-2022 09:38
Baxış sayı: 4295Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















