Reklam
Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
26-05-2022 09:35

Dalidag.az xəbər verir ki, bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur.
Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir:
"Qarabağda, işğaldan azad olunan ərazilərdə böyük əmək bazarı yaranmaqdadır. Orada böyük inşaat platformaları gedir. Hesab edirəm ki, bizim gənclərimiz, xüsusilə müharibədə qəhrəmanlıq göstərən veteranlarımız bu sahələrə cəlb olunmalıdır.
Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclərin və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır".
Kateqoriya: Qarabağ
Tarix: 26-05-2022 09:35
Baxış sayı: 3317Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























