Reklam
Rusların olmadığı Ağdərədə “Rus mərkəzi” açıldı – Niyə?
12-05-2022 09:42
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “Rus mərkəzi” açılıb.Dalidag.az xəbər verir ki, bu barədə rus sülhməramlılarının himayəsində hələ də fəaliyyət göstərməyə cəhd edən erməni separatçı tör-töküntüləri açıqlama yayıb.
Bildirilib ki, mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq.
Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib.
Qeyd edək ki, Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur, çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Dünyanın ən böyük ərazisinə malik olan Rusiyanın əhalisinin hər il bir milyon azaldığını və hazırda 138 milyona düşdüyünü nəzərə alsaq, rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burda “icma” yaradılır. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.
O ki qaldı “rus icması və mərkəzi”nə, Azərbaycanda Rus İcması da var, Rus Mərkəzi də; rusdilli orta məktəblər ümumi məktəblərin 8 faizinə qədərini təşkil edir, ali məktəblərin rus dili bölmələri fəaliyyət göstərir – halbuki ruslar ümumi əhalinin 0,9 faizindən də azını təşkil edir; Rus Kitab Evi də Bakının mərkəzində təmtəraqlı yerdədir; Rus İcmasının rəhbəri isə millət vəkilidir və s.
Ermənistanda bir ədəd də rusdilli məktəb yoxdur. Rusiya mədəniyyətinin və dilinin tədrisindən Ermənistanda “narahat” olmalıdır, Azərbaycanın müvəqqəti nəzarət etdiyi ərazilərində yox
Kateqoriya: Qarabağ
Tarix: 12-05-2022 09:42
Baxış sayı: 3433Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























