Ermənistan rəhbərliyinin hər təxribatı, qeyri-adekvat hərəkəti fonunda Bakı Kremlin gözünü açacaq. Çünki İrəvanın iki stulda oturmasına ehtiyac yox idi. Belə davam etsə, Moskva Rusiya sülhməramlılarının missiyasının Qarabağdan çıxması barədə qərar verəcək. Sonra nə edəcəyik? Ordumuz bizi müdafiə etməyə qadirdir? Nikolun Fransadan və ya Qərbdən olan dostları bizə dəstəyə gələcək? Təbii ki yox!
Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Ambrasum Qabanyan bölüşüb.
“Rusiya sülhməramlılarının Qarabağda qalacağına zəmanət varmı? Belə bir zəmanət yoxdur. İlk növbədə ona görə ki, bizim mövcud hakimiyyət hadisələrin bu cür inkişafına qarşı dura bilməz. O, bir tərəfdən Qərbə sarı, bir tərəfdən də Rusiyaya tərəf sıçrayışlar edir. O, iki stulda oturmaq istəyirdi və məntiqi olaraq yıxıldı. Lakin bu, təkcə Nikol Paşinyanın və onun ətrafındakıların problemi deyil.
Bu, bütün Ermənistanın problemidir. Çünki Bakıda bizim iqtidarın zəifliyini görürlər, hiss edirlər, anlayırlar. Əliyev bunu açıq şəkildə dilə gətirir. Bütün dünya da bunu eşidir. Ermənistanın tarixində belə alçaldıcı heç nə olmamışdır. Azərbaycan Prezidenti ölkəmizin Baş nazirinin fəaliyyətini qiymətləndirmək üçün istifadə olunan sözləri deyəndə heç seçim etmir. Paşinyan isə bütün bunları udur”, – deyə erməni ekspert qeyd edib.axar.az
Reklam
"Bakı Kremlin gözünü açır, ruslar Qarabağdan çıxacaq" – Qabanyan
14-01-2022 15:40
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-01-2022 15:40
Baxış sayı: 4163
Yazı axını
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar