Reklam

İrandan Ermənistana dost məsləhəti: Alternativ yol çəksin!
30-08-2021 10:15

Gözlənildiyi kimi, İran Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub.
İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib.
Səfirliyin yaydığı açıqlamada bildirrilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir.
Həmçinin, səfirlik Gorus-Qafan yolunun bağlanması səbəbindən İranın Ermənistanla əlaqələrində bir neçə gün problem yarandığını bildirir:
“İki gün ərzində şahidi olduq ki, son hadisələr səbəbindən təkcə erməni əhalisinin normal həyatı üçün deyil, İran yüklərinin Ermənistana daşınması məsələsində də problem yaranıb...
Ümid edirik ki, Ermənistanla Azərbaycan arasındakı demarkasiya və delimitasiya işlərilə bağlı fikir ayrılığı sülh atmosferində, hər hansı gərginlik olmadan və rabitə kəsilmədən həll olunacaq.”
İran səfirliyi həmçinin, Ermənistanı tezliklə Gorus-Qafan yoluna alternativ yollar inşa etməyə çağırıb:
“Biz ümid edirik ki, Gorus-Qafan marşrutuyla bağlı mübahisələrin həlli üçün aparılan danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşlarına, həm də Ermənistanla ticarət əlaqələrimizin normallaşmasına şərait yaradılması üçün alternativ marşrutların yaxşılaşdırılması və inkişafı işləri sürətləndiriləcək”. yenisabah.az
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
