Reklam
Ermənistandan mina xəritələrinin alınması payıza qaldı
29-08-2021 13:44

Azərbaycanda saxlanılan erməni məhbusların geri qaytarılması və mina xəritələrinin verilməsi ilə bağlı müzakirələr payızda yenidən başlaya bilər.
Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"İndi proses bir az dayanıb, xüsusi bir irəliləyiş yoxdur. Bu, beynəlxalq strukturlarda tətil mövsümü ilə əlaqədardır. Siyasi tərəfdən, İrəvanla Bakı arasındakı gərgin atmosfer səbəbindən də irəliləyiş azdır. Lakin payızda Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa Şurası Nazirlər Komitəsində müzakirələr gözlənilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Ermənistan may ayında Azərbaycanda saxlanılan 15 diversantın azad olunması qarşılığında Ağdamda 97 min tank və piyada əleyhinə minanın yerini göstərən xəritəni Bakıya verib. İyulda isə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri də Rusiyanın təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib./modern.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-08-2021 13:44
Baxış sayı: 2297Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























