Reklam
Markov: Bu, Putin üçün vacibdir: İrəvana təzyiq başlayır
18-08-2021 15:28
Dalidag.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Sergey Markov bildirib.
“Əminəm ki, müəyyən müddətdən sonra saatların uyğunlaşdırılması və konkret məsələlərin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Şübhəsiz ki, belə bir görüş baş tutacaq. Proses daha da irəliləməlidir. İrəliləyişdə gecikmələr, ilk növbədə, Ermənistanın hazır olmaması ilə bağlıdır. Lakin Moskva prosesə kifayət qədər nikbin baxır.
Mənimlə ünsiyyətdə olan Rusiya tərəfini danışıqlar prosesində təmsil edən üzvlərin sözlərinə əsasən, Kreml Ermənistana təzyiq etməyə başlayacaq. Hazırda ermənilərə vaxt lazımdır ki, olanları həzm etsinlər. Vladimir Putin üçün bu, çox mühüm məsələdir.
Ermənistanı hazırlamaq, bir az sıxmaq və sakitcə danışıqlar prosesi aparmaq lazımdır ki, bu da nəticədə hansısa qərarlara, ilk növbədə, nəqliyyat-iqtisadi əlaqələrin bərpasına gətirib çıxarsın”, - deyə ekspert qeyd edib./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 18-08-2021 15:28
Baxış sayı: 3268Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























