Reklam

Hamımız vahimə içindəydik, Azərbaycan ordusu... - Erməni polkovnikdən ŞOK ETİRAFLAR
05-07-2021 17:46

Müharibə dövründə Ermənistan cəmiyyəti təlaş içində idi. Hamımız vahimədəydik. Biz həm hərbi, həm informasiya, həm də psixoloji sahədə biabırçı məğlubiyyətə uğramışıq.
Dalidag.az xəbər verir ki, bu bəyanatla erməni KİV-nə müsahibəsində ehtiyatda olan erməni polkovnik, hərbi analitik Qraçya Petrosyans çıxış edib.
“Azərbaycan Silahlı Qüvvələrinin müharibə ssenarisi özünü tam olaraq doğrultdu. 2000-ci illərin əvvəllərindən dəfələrlə demişdim ki, bu gün bizdə olan taktika və struktur özünü doğrultmur”, - deyə polkovnik bildirib.
Erməni ordusunun problemlərindən danışan hərbi analitik vurğulayıb ki, Ermənistan silahlı qüvvələri nəyisə dəyişmək istəyərkən daima “kopyalamağa” çalışır:
“Amerikalılardan çavuş məktəbinin sistemini necə kopyaladığımızı xatırlayıram. Ruslardan kopyalamaq... Amma kopyalamaqla heç bir şey işləyə bilməz. Biz çalışırdıq ki, müasir ordu ilə köhnə sovet ordusunun sintezini yaradaq. Bu, bizim ən boyük səhvimiz oldu. Bəs bu dövrdə Azərbaycanda nə baş verdi? Bakı nə etdiyini çox yaxşı bilirdi. Azərbaycan hərbçiləri Türkiyədə ciddi hazırlıq keçirdi və keçməyə davam edir. Onların aydın döyüş planı var idi. Nəticədə, son müharibə zamanı biz həm hərbi, həm informasiya, həm də psixoloji sahədə biabırçı məğlubiyyətə uğradıq. Cəmiyyətimiz təşviş içində idi. Biz hamımız vahimədəydik”./axar.az
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
