Reklam
Şəhid Elməddin Həsrətovun nəşi ailəsinə təhvil verilib - ŞƏKİL
27-06-2021 10:22
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlunun nəşi ailəsinin yaşadığı ünvana gətirilib.Onunla vida mərasimi keçirilir.
Dalidag.az xəbər verir ki, “report”un məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.
Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.
Allah rəhmət etsin!
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 27-06-2021 10:22
Baxış sayı: 4438Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























