Reklam
Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər
24-06-2021 21:05

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.
Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.
Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.
Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-06-2021 21:05
Baxış sayı: 3227Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























