Reklam
Ermənistanın təqdim etdiyi mina xəritələri saxta çıxıb? – Hərbi ekspertdən açıqlama
21-06-2021 14:38

Ermənistan tərəfindən Azərbaycana verilmiş Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Müdafiə Nazirliyi tərəfindən iddia olunan rəqəmlərin dəqiq olmadığı bildirilsə də xəritələrdə yalnışların olması istisna edilməyib.
Maraqlıdır, hərbi əsirlərin qaytarılması müqabilində təqdim edilən yalnış xəritələr xüsusunda Azərbaycan tərəfi hansı addımları ata bilər?
Dalidag.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan hərbi ekspert İbrahim Cəfərov indiki məqamda hərbi addımların yox, siyasi bəyanatların təsirli olacağını bildirib:"Mina fəsadlarını biz uzun müddət yaşacağıq. Həmişə dediyim kimi, mina ya zərərsizləşdirilir, ya da zərərsizləşdirir. Bu gün Ermənistan ordusunun idarəetmə sistemində ciddi problemlər var. Buna görə də onlardan düzgün mina xəritəsinin verilməsini gözləmək absurddur. Ağdamın təhrif olunmuş mina xəritəsində də biz bunu görürük. Bu baxımdan Azərbaycan ciddi siyasi bəyanatlarla çıxış etməlidir”.
Ekspert Paşinyanın minalanmış ərazilərin xəritələrinin qaytarılmasında maraqlı olduğunu qeyd edib: "Paşinyan minalanmış xəritələrin geri qaytarılmasında maraqlıdır. Hələ o deputat olarkən bu istiqamətdə çağırış etmişdi. Paşinyan bu gün bəyanatlarla da bildirir ki, türk dövlətləri ilə düşmənçilik apararmaq Ermənistan dövlətçiliyini sual altında qoymaq deməkdir. Hazırda Paşinyanın bu istiqamətdə görəcəyi işlər çoxdur".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-06-2021 14:38
Baxış sayı: 4355Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























