Reklam
Qarabağda rus sülhməramlılarına daha bir şəhərcik tikildi
21-06-2021 14:06

Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilib.
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, Xankəndidə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb vahidinin blok-modul şəhərciyi tikilib. Düşərgəyə yaşayış və inzibati, sanitariya-epidemioloji və xəstəxana şöbələri, əməliyyat bölməsi, ambulatoriya və təcridxana daxil olmaqla, yüz yetmiş iki modul daxildir.
“Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun rəhbərliyi və Rusiya Müdafiə Nazirliyinin maddi-texniki orqanlarının birbaşa iştirakı ilə Qarabağdakı Rusiya hərbi işçiləri üçün rahat, müasir yaşayış şəraiti yaratmaq üçün ən qısa müddətdə 250, 60, 40, 30 və 15 nəfərlik olmaqla, ümumilikdə 30 blok-modul qəsəbə salınıb”, - məlumatda qeyd edilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-06-2021 14:06
Baxış sayı: 3272Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























