Paşinyan deyir ki, Ermənistanın Qarabağın “müstəqilliyini” tanımasına dair bəyanatlar təhlükəlidir və müharibəyə səbəb olur.
Nikol seçkidən öncə verdiyi bu açıqlama ilə erməni cəmiyyətinə iki məsələni izah etmək istəyir:
- “Qarabağ” vədləri ilə erməni seçicilərin dəstəyini qazanmaq istəyən opponentləri yalan danışır;
- Əgər yeni müharibə istəyirsinizsə, Qarabağı tanıya bilərik;
Və bununla Qarabağın “müstəqilliyinin” tanınmasının mümkün olmadığını göstərir.
Bu, Ermənistanda hakimiyyətin sərhəd hadisələrindən sonra Qarabağda yaranmış reallığı tədicən qəbul etməsi kimi də başa düşülə bilər. Nikol bununla bölgədə maraqları olan qüvvələrə revanşizmə getməyəcəyinin də mesajını verir.
Ermənistanda seçkidən sonra iki məsələ aktuallaşa bilər.
1. Sərhədlərin müəyyənləşməsi: bu, bir qədər uzana bilər;
2. Qarabağdakı erməni qoşunlarının çıxarılması: diqqət sərhədə yönəldiyi vaxt, Bakının əsas tələblərindən biri üçtərəfli razılaşmanın bununla bağlı bəndinin icra edilməsi olacaq.
Əks təqdirdə güc tətbiqi masaya gətirilə bilər. Şuşa Bəyannaməni bu məsələdə Bakının əlini xüsusilə gücləndirdi. Bu kontekstdə erməni hərbi ekspertin dedikləri diqqət çəkir: “Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər”.
Reklam
Paşinyan geri çəkilir: seçkidən sonra Qarabağda nələr olacaq?
18-06-2021 11:34
Ssenari məlumdur...
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 18-06-2021 11:34
Baxış sayı: 4196
Yazı axını
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
Ən çox oxunanlar