Reklam
Azərbaycan-İran sərhədində yeni körpü tikiləcək
10-06-2021 11:02
Ötən gün Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni köprünün tikilməsi ilə bağlı razılığa gəlib.
Qeyd olunur ki, layihənin dəyəri 4,7 milyon avro olacaq və onun tikintisi 1 ilə reallaşdırılacaq.
Layihənin xərcləri iki tərəf arasında bərabər (50 faiz) bölünəcək.
İmzalama prosesindən sonra çıxış edən baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, sözügedən körpünün inşası İranda istehsal olunan məhsulların Azərbaycan Respublikasına və onun vasitəsi ilə Rusiyaya və digər qonşu ölkələrə daşınmasında əhəmiyyətli imkanlar yaradacaq və bölgədə tranzit imkanlarını genişləndirəcək.
Ş.Mustafayev həmçinin əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi sərhəd terminallarında yük maşınlarının sıxlıq səviyyəsinin azaldılmasına və iki ölkə arasında malların sürətli hərəkətinə səbəb olacaq.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-06-2021 11:02
Baxış sayı: 3252Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























