Reklam
Kərki və Qazaxın 7 kəndi nə vaxt azad olunacaq... - Sonuncu mərhələ
03-06-2021 12:59
İyunun 1-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə deyib ki, Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək.
Həmçinin o, qeyd edib ki, sərhədlərin müəyyənləşməsi prosesi yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir. O, Azərbaycan Ordusunun Ermənistan ərazisini tərk etmək üçün tələb qarışıq çağırış edib. Fransa prezidenti Makron hansı şərabdan içir görəsən? Ki, sərxoş olandan sonra həm özü reallıq duyğusunu itirib Yer atmosferindən çıxır, həm də onun ağzına baxan Ermənistan vətəndaşlarını sərxoş düşüncələrə qərq edir. Ermənistan Makron olmadan da başını itirmişdi. Hər gələn bir ağıl verib, hər gələn bir plan cızaraq ölkəni xaos vəziyyətinə sürükləyib.Azərbaycanla sərhəddə Ermənistan uğrunda mübarizə gedir. Ermənistan ATƏT-i, ABŞ-ı və Fransanı proseslərə cəlb etmək, Azərbaycanla sərhəddə həmin ölkələrin hərbi hissələrinin yerləşməsini istəyir. Rusiya Ermənistandakı təsirinin zəifləməməsindən narahatdır. İki sevgilisi olan qız kimi Ermənistan hər iki tərəfə mavi muncuqlar paylamaqdadır. Bu çətin prosesdə Azərbaycan əmin addımlarla irəliləmlidir ki, əldə etdiyi qəlbəyə kölgə düşməsin.
Qazaxın Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu, Qızılhacılı, Barxudarlı kəndlərinin, eləcə də Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi son 6 ayda dəfələrlə gündəmə gətirilsə də, Ermənistandakı seçkiöncəsi qarışıqlıq səbəbindən ləngidilməkdədir. Azərbaycan cəmiyyəti tələssə də, Makron-Paşinyan birliyi bu kimi prosesslərin bacardıqca uzadlması planları qurur. Nə qədər çox konflikt, o qədər çox siyasi dvidend...
“Kərkinin və Qazaxın 7 kəndinin azad edilməsi məsələsi yaxın 20 gün ərzində real deyil”.
Dalidag.az xəbər verir ki, bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Bəybala Mirzəyev səsləndirib.
“Ermənistanda seçkiöncəsi gərginliklərin hərarəti gündən-günə artır və bu isə ilk növbədə sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsinə mənfi təsir göstərir. Daha doğrusu, demarkasiya prosesi Ermənistan tərəfindən birtərəfli qaydada dayandırılıb. Bunu dünən Ermənistan baş nazirinin müavini M.Qriqoryan da jurnalistlərin suallarını cavablandırarkən təsdiqlədi. Prosesin bərpası və sözügedən kəndlərin qaytarılması seçkilərdən sonraya ertələndi. İyunun 20-dən sonra isə Ermənistanın prosesləri süni surətdə uzatması mümkün olmayacaq. Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Ermənistan yenidən danışıqlar masasına qayıtmalı olacaq. Həm 10 noyabr, həm də 11 yanvar razılaşmalarının şərtlərini yerinə yetirməyə məcbur ediləcək. Ermənistanın başqa çıxış yolu yoxdur”,- deyə o bildirib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 03-06-2021 12:59
Baxış sayı: 4172
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23