Reklam
Mixaylov: Nə oldu "böyük Ermənistan" ideyası? - Video
01-06-2021 19:40
Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın erməni cəmiyyətinin "böyük Ermənistan, dənizdən-dənizə" ideyasını unutmasının vacibliyinə dair bəyanatını şərh edərkən bildirib.
"Əslində, bu ideya - bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı heç nə gətirmədi; bu ideya onu daxildən bir dövlət kimi parçaladı, beynəlxalq aləmdə statusunu titrətdi, qonşularla qarşılıqlı əlaqələrə zərbə vurdu və nəhayət Ermənistanın düşmənlərinin sayını çoxaldı.
Ermənistanın işğal etdiyi ərazilər ona problemdən başqa bir şey vermədi. İrəvan nəzarət etdiyi torpaqları inkişaf etdirməkdənsə, oraları viran qoydu. Onlar hər şeyi dağıtdılar, özlərini əsl işğalçı kimi apardılar. Bu, bütün bu millətçi, separatçı ideologiyanın Ermənistan üçün zərərli olduğunu göstərdi", - deyə o qeyd edib.
Y.Mixaylovun sözlərinə görə, radikal millətçilik özünü tükədib və Ermənistanı indiki vəziyyətə gətirib çıxarıb:
“Hazırda İrəvan öz problemləri ilə təkbətək qalıb. Bu vəziyyətdə Ermənistanı heç kəs dəstəkləmədi. Ermənistan dalana dirənib və məhz buna görə Ter-Petrosyanın çağırışı məntiqlidir. Elə görünür ki, "böyük Ermənistan, dənizdən-dənizə" ideyası da yox oldu”./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 01-06-2021 19:40
Baxış sayı: 4276Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























