Hərbi texnika Xankəndidən hansı məqsədlə çıxarılır...

29-04-2021 17:30
Xankəndi

Sosial şəbəkələrdə ermənilərin Laçın dəhlizi vasitəsilə Xankəndini boşaltmasına  dair videogörüntülər yayılıb. Görüntünü ermənilər yaysa da, bu barədə heç bir tərəfdən rəsmi açıqlama verilməyib.

Dalidag.az -ın xəbərinəgörə, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü bizimyol.info-ya bildirib ki, bu addım hansı məqsədi daşımasından asılı olmayaraq Xankəndinin və digər ərazilərin Azərbaycana məxsus olmasını etiraf etməsinin əyani göstəricisidir.
Mübariz GöyüşlüMübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi
“Ermənilərə məxsus görüntülərdə Xankəndini tərk edən hərbi texnikanın daşınması geniş müzakirə olunmaqdadır. Bununla bağlı hansısa rəsmi açıqlama verilmədiyi üçün biz sosial şəbəkələrdəki görüntülərə əsasən fikir yürütmək məcburiyyətindəyik. Əgər bu görüntülər doğurdan da erməni hərbiçilərinin Xankəndini tərk etməsilə bağlıdırsa, mən bunu yüksək qiymətləndirirəm. Ermənistan belə bir addım atıbsa, bu onların siyasi-hərbi rəhbərliyinin reallığı nəzərə almasının, hərb variantının çıxış yolu olmadığını qəbul etməsinin, Xankəndinin və digər ərazilərin Azərbaycana məxsus olmasını etiraf etməsinin əyani göstəricisidir. Ermənistandan gətirilən, göndərilən hərbiçilər, hərbi texnika gec-tez qədim Azərbaycan şəhərini, Xankəndini və Qarabağın digər ərzilərini tərk etməli idi. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələbidir. Bu Azərbaycan dövlətinin ali siyasi, diplomatik və hərbi rəhbərliyinin, xalqımızın birmənalı tələbidir. Ona görə də bu görüntülər deyildiyi və şərh edildiyi kimi əgər texnikanın çıxarılmasını əks etdirirsə o zaman bunu ancaq alqışlamaq olar. Mən bu fikirləri ona görə ehtimalla söyləyirəm ki, əvvəla rəsmi açıqlama yoxdur istinad edə bilmək üçün. Digər tərəfdən biz ermənilərdən illərdir hər cür xainlik, verdiyi vədə, imzaladığı sənədə xəyanət görmüşük. Bütün bunlara görə onların yeni bir avantüraya qoşula bilməsini də nəzərə almalıyıq. Üstəlik, bölgədə sülhməramlı missiya həyata keçirən rus ordusunun da müəyyən narahatlıq və narazılıq doğurdan addımları bizlərdə arxayınçılıq hissləri yaratmamalıdır.
Şuşa şəhərini azad edən Azərbaycan ordusunun döyüş ruhu və əzmi erməniləri, rusları elə bir narahatlığa, qorxuya salıb ki, onlar bütün cəhdlərilə müzəffər ordumuzun qələbəsinə kölgə salmaq, döyüş ruhunu əzmək üçün hər cür xainliklərə əl atırlar. Ona görə də biz bundan sonra da onlardan hər cür xainlikləri gözləyərək, ayıq-sayıq bir şəkildə çalışmalarımıza, yaşamımıza davam etməliyik. Ermənistan, onun terrorçu ordusu bundan sonra kiçicik bir addım atmağa cəhd edərsə dərhal yerindəcə məhv edilməlidir. Şuşa şəhərində yallı gedərək Azərbaycan xalqının heysiyyətinə toxunan Paşinyan II Qarabağ müharibəsindən lazımi dərsi çıxarmalıdır. Bütün Qarabağ ərazisində bir nəfər də olsun Ermənistan hərbiçisi, silahlı, terrorçu erməni, hərbi texnika qalmamalıdır. Əgər razılaşmanın şərtlərinə əməl edilməsə Azərbaycan dərhal hərbi əməliyyatları bərpa etməli, antiterror əməliyyatı keçirməli, Qarabağdakı silahlı erməniləri məhv etməlidir. Yox əgər bu görüntülərdə olanlar reallıqdırsa və Ermənistan reallığı qiymətləndirərək bundan sonra da düzgün addımlar atacaqsa o zaman bölgədə sülh, barış və inkişaf olacaq”.
Hərbi ekspertlər isə hesab edirlər ki. bu videoları rus sülhməramlılar bölgədə guya nə isə iş gördüklərini sübut etmək, Azərbaycana bir növ hesabat vermək üçün yayımlayıb, göz boyayırlar. Çünki faktiki olaraq Ağdərədə səngər qazıb, istehkam qururlar. Yəni bu çıxış o çıxış deyil, bu xına da o xına deyil.  Biz  ən yaxın tariximixdəki erməni-rus xəyanətinin şahidləri olaraq sərvaxt olmalıyıq. Başqa yolumuz yoxdur.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 29-04-2021 17:30
Baxış sayı: 3246
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını