Ermənilər AŞ PA-dan əliboş qayıtdılar - Diversantlarla bağlı qətnamə qəbul edilmədi

24-04-2021 12:55
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında ermənilər növbəti dəfə uğursuzluğa düçar oldular. Belə ki, erməni terrorçu-diversantlarla bağlı məsələ müzakirəyə çıxarılsa da, sonda erməni deputatlar və ermənipərəst parlamentarilər hədəflərinə çata, qurumun qətnamə qəbul etməsinə nail ola bilmədilər.
Amma bununla belə, AŞ PA Monitorinq Komitəsi Bakıya terrorçu-diversantların Ermənistana qaytarılması barədə çağırış edib. Ekspertlərin əksəriyyəti belə çağırışların əhəmiyyətsiz olduğunu düşünürlər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Yeni Müsavat”a bunları deyib: “Bu cür sənədlərin, çağırışların heç bir hüquqi əsası yoxdur. Biz bunu dəfələrlə müşahidə etmişik ki, Ermənistanı dəstəkləyən siyasətçilər erməni diasporu ilə sıx əlaqədə olan şəxslərdir. Onların çoxu Dağlıq Qarabağ işğal altında olan zamanlar ora səfər edənlərdir. Erməni diasporuna bağlı olduqları üçün öz ölkələrinin parlamentində bu cür sənədlər qəbul etdirməyə çalışıblar. Avropa Şurasında da çox fəal şəkildə Ermənistanı dəstəkləyirlər. Burada başqa bir məqam da var ki, beynəlxalq hüquq normaları tam olaraq Azərbaycanın tərəfində olduğu üçün Ermənistanı dəstəkləyənlər heç bir şey edə bilmirlər. Azərbaycan BMT-nin qətnamələrini icra etdi. Minsk qrupunun həll etmədiyi problemi rəsmi Bakı həll edib. 10 noyabrdakı anlaşmadan sonra həmin terrorçular Azərbaycan tərəfində qalıblar, ərazilərimizi tərk etməyiblər, nəticədə ələ keçiblər. Faktiki təhlükə mənbəyi olduqları üçün əməliyyat həyata keçirilib və onlar zərərsizləşdirilib. Razılaşmanın bəndlərinin tam icrası üçün Ermənistana təzyiq edilməlidir ki, insanlar sülh, əmin-amanlıq şəraitində yaşasınlar”.“Erməni tərəfinin başlatdığı debatlar ümidsizlik və çarəsizlikdən başqa bir şey deyil. Onların bu addımı diqqəti Azərbaycanın qələbə faktından yayındırmaq məqsədi daşıyırdı. Erməni tərəfinin yenidən müharibə dövrünə, keçmişə qayıtmaq cəhdi reallığı dərk etməmələrindən irəli gəlir və bütün təşəbbüslərinin arxasında bu dayanır. Faktları saxtalaşdıraraq, guya Azərbaycan tərəfinin qanunsuz saxladığı erməni hərbi cinayətkarları, təxribatçıları və terrorçuları əsir kimi təqdim edərək, qurban obrazında göstərməyə çalışdılar. Bu bir çıxışda əks olunan saxta, yalan və ikiüzlülüyün ifadəsi idi”.

Bu sözləri modern.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.Onun sözlərinə görə, AŞPA-da müzakirələr uzun sürməyib və qeyd olunan məsələ ilə əlaqədar heç bir sənəd və ya qərar qəbul edilmədən sona çatıb“Erməni deputatların yaddaşsızlığı təəccüb doğurur. Xocalıda törətdikləri vəhşiliklərdən, dinc Azərbaycan əhalisinə etdikləri zülm və həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətindən sonra hələ də bunlar humanizm və insan haqları barədə danışmağa cəsarət edirlər! Ermənistan deputatları 100-dən çox ”hərbi əsir"in Azərbaycanda saxlanıldığını israr edirlər.
Azərbaycan rəsmi səviyyədə müharibədə əsir götürülmüş bütün erməni hərbçilərin “hamının hamıya ” prinsipi ilə Ermənistana qaytarıldığını bildirib. Lakin bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində aşkar edilmiş silahlı hərbçilər qrupu əsir kateqoriyasına aid deyil. Bu insanlar təxribatçı hesab olunurlar".
S.Fətəliyeva deyib ki, erməniləri AŞPA-da yalnız bir neçə parlamentar dəstəkləyib. “Bunlar həmin kəslər idi ki, davam edən proseslərin təfərrüatlarına varmadan erməni yalanlarına istinad edərək, hər zaman onlarla fəal əməkdaşlıq edir və fikirlərini bildirirlər. Bu, bizdə təəccüb doğurmadı. Azərbaycan nümayəndə heyəti real vəziyyəti və həqiqəti auditoriyaya çatdırmaqla, ermənilərin təxribat cəhdinin qarşısını aldı. Azərbaycanın bu gün nəyisə sübut etməyə ehtiyacı yoxdur. Ermənilər tərəfindən işğal olunmuş ərazilər azad edildikdən sonra dünyaya təqdim olunan real görüntülər məsələ barədə öz sözünü deyir. Bu görüntülər Ermənistanın faşist ideologiyasından və insanlıqadan uzaq mövqedə olmasından danışır”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 24-04-2021 12:55
Baxış sayı: 4223
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını