Avropa Şurasından Qarabağ açıqlaması
20-04-2021 19:50

Həmişə ailəmizin 47 üzvündən və ya üzvü ilə danışmağa, bəzən hər ikisinə ehtiyac olur. Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dialoq yaratmaq çox vacibdir. Münaqişənin həlli istiqamətində əlimizdən gələni etdik. Ötən ilin noyabrında imzalanan Qarabağda müharibənin dayandırılmasına dair sülh bəyanatını alqışlayırıq.
Dalidag.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib.
Baş katib bildirib:
“Atəşkəs əldə ediləndən sonra rəsmi Bakı və İrəvan ilə dialoq qurmağa nail olduq. Atəşkəs qüvvəyə mindikdən sonra əsas məsələ Bəyanata riayət olunması və yekun sülh sazişi üzərində işləməkdir. Ancaq yekun sülh üçün tərəflər arasında etimadın yaranması ən vacib məsələdir. Təəssüf ki, bir sıra aqressiv çıxışlar və insidentlər bu prosesə mənfi təsir göstərir”.
Mariya Peyçinoviç-Buriç vurğulayıb ki, davamlı sülhün əldə olunması üçün onların hər iki tərəf üçün təklifləri hazırdır./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 20-04-2021 19:50
Baxış sayı: 3279Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















