Reklam
Şanlı tarix: 1300 erməni hərbçinin məhv edildiyi əməliyyat - Video
08-04-2021 18:48
Ermənistanlı politoloq Andranik Ovannisyan Qarabağda 44 günlük döyüşlərin gedişatı ilə bağlı maraqlı açıqlamalar verib.Dalidag.az xəbər verir ki, politoloq Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Qarabağ separatçılarının keçmiş hərbi komandiri Samvel Babayanın planı əsasında keçirilən uğursuz əməliyyat barədə danışıb. Onun sözlərinə görə, Lələtəpə istiqamətində müharibənin ilk günlərində həyata keçirilən əməliyyat erməni qoşunlarının darmadağın edilməsi ilə nəticələnib.
"Qarabağda 2020-ci ilin sentyabr-noyabr aylarında gedən döyüşlər zamanı Ermənistan ordusunun 5-ci korpusunun komandiri Andranik Piloyan Lələtəpə strateji yüksəkliyinin ələ keçirilməsi üçün öncədən məğlubiyyətə məhkum olan əməliyyat planı keçirməyə razılıq vermişdi. Əməliyyat baş nazirin həyat yoldaşı Anna Akopyan və "təhlükəsizlik şurasının eks-baş katibi” Samvel Babayan tərəfindən hazırlanmışdı. Əməliyyatın məqsədi keçmiş hakimiyyətin zəifliyini göstərmək üçün Lələtəpə yüksəkliyini yenidən ələ keçirmək idi”, - deyə politoloq söyləyib.
O, uğursuzluqla başa çatan əməliyyatdan sonra Ermənistan ordusunun Zəngilana qədər geri çəkilməyə məcbur olduğunu qeyd edib.
"Mənasız piar-aksiya xatirinə keçirilən əməliyyat zamanı 1300 hərbçi və onlarla tank itirdik. Yeni mövqelərdə möhkəmlənmək mümkün olmadı və artıq bir neçə saat sonra 5-ci korpus Piloyanın başçılığı altında Araz vadisindən Ermənistan sərhədlərinə qədər geri çəkildi”.
Əməliyyatın uğursuzluğunu ictimaiyyətdən gizlətmək üçün Paşinyanın korpus komandiri Andranik Piloyana "Milli Qəhrəman” adı verdiyi və sonradan fövqəladə hallar naziri təyin etdiyi də vurğulanır./modern.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-04-2021 18:48
Baxış sayı: 4289Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























