Reklam
İsrail istehsalı olan silahlardan istifadə qələbədə mühüm rol oynadı - XİN rəhbəri
05-04-2021 14:34

2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini alırdı. İsrailin, Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumları qurbanlarına göstərdiyi humanitar yardımını yüksək qiymətləndiririk.
Dalidag.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsrailin "Hayom" qəzetində dərc edilmiş müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə öz etirazlarını və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil etdilər:
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcəkdir".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-04-2021 14:34
Baxış sayı: 3297Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























