Reklam
Sülhməramlılar Xankəndidə dərslik payladı
25-03-2021 10:22
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur", - deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, rus sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı konvoyunu müşayiət edib:
"Laçın dəhlizindən - ikisi şimal istiqamətində və ikisi cənub istiqamətində, bir karvan Şuşa - Qırmızı Bazar - Qacar marşrutu və biri əks istiqamətdə.
Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingenti növbəti humanitar yük partiyasının Madagiz (Suqovuşan) - Vəng - Kəlbəcər marşrutu ilə nəqlini təmin edib".
Rusiya MN-in məlumatına görə, rus sülhməramlıları, Rusiya humanitar missiyası və "Doktor Lisa" və "Yaxşılığa Tələsin" xeyriyyə fondları ilə birlikdə Xankəndi şəhərində iki humanitar aksiya keçirib:
"Bu müddət ərzində şəhər xəstəxanasına 50-dən çox növ tibbi avadanlıq çatdırılıb, 3 saylı məktəbin şagirdlərinə 350-dən çox dərslik təhvil verilib".
Açıqlamada qeyd olunub ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir.
Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Martın 24-də gün ərzində 14 hektar ərazi, 4 km yol təmizlənib, 5 partlayıcı maddə aşkar edilib, 2 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1770 hektar ərazi, 549 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1618 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 356 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib./modern.az
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 25-03-2021 10:22
Baxış sayı: 3399
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23