20 minlik erməni ordusu QARABAĞDAN ÇIXARILIR
24-03-2021 10:47

Qarabağdakı erməni hərbi birləşmələr çıxarılır: müxtəlif mənbələr və proseslər bu haqda informasiyanı təsdiqləyir.
- Qarabağda yalnız "yerli ermənilər”dən ibarət bölmələr qalacaq;
- Ermənistandan Qarabağa hərbi çağırışçılar göndərilməyəcək;
- Ermənistan vətəndaşları arzu edərlərsə, müqavilə ilə hərbi xidmət keçə bilərlər;
İnformasiya hələ ki, bu yöndədir...
Qarabağda Ermənistan ordusunun təxminən 20 minə yaxın hərbçisi var. Nikol Paşinyanın kapitulyasiyaya imza atmasının səbəblərini izah edəndə "20 min əsgər mühasirəyə düşəcəkdi” sözlərinə istinadən bunu deyə bilərik.
20 minlik hərbi kontingentin çıxmasına paralel hərbi texnika da çıxarılmalıdır. Bölgədə sülhməramlı kontingent və azsaylı "erməni qoşun” qalır.
Qarabağda "erməni qoşunun” hələlik mövcudluğuna Bakının səssizliyi siyasi proseslərin inkişafına uyğun görünür.
1. Ermənistanın hərbi mövcudluğu Qarabağdan çıxarılır, beləliklə, masada Bakı, Ankara və Moskva qalır: bu, ikinin birə nisbətdə Bakının xeyrinədir;
2. Ermənistanda Paşinyan hakimiyyəti seçkiyə hazırlaşır və Bakı indiki halda regiondakı əməkaşlığı qəbul etməyənələrin, yaxud hakimiyyətə gələrlərsə, bu əməkdaşlığı yenidən müzakirəyə çıxaracaq qüvvələrin əlinə oynamaq istəmir;
Bu kontekstdə erməni ordusunun Qarabağdan çıxarıldığı xəbərinin İrəvan tərəfindən rəsmi təsdiqi də gözlənilməməlidir. Hərçənd, iki mənbə informasiyanın təsdiqinə əsas yaradır:
- Separatçıların nümayəndəsi Balasanyanın dedikləri;
- Ermənistan hökumətində adını açıqlamayan yüksək vəzifəli məmurun "bagramyan26” Teleqram kanalına dedikləri;
Proses nə vaxt başlayır, yaxud başa çatır? Əsas sual budur, çünki indiyə qədər belə informasiyalar yayılsa da, çıxarılma gerçəkləşməyib. Bu haqda dəqiq informasiya hələki yoxdur, lakin yenə iki amil müəyyən versiyalar irəli sürməyə imkan verir:
Birincisi: adını açıqlamayan yüksək vəzifəli məmur bildirir ki, çıxarılma prosesi artıq başlayıb;
İkincisi: Nikol Paşinyan ötən həftə Qarabağda hərbi xidmət keçən övladlarının Ermənistana qaytarılmasını tələb edən valideynlərlə görüşdə iki həftəlik möhlət istəməsidir; bu detal prosesin başladığını, iki həftə sonra etiraz edən valideynlərin istəklərinin yerinə yetiriləcəyi versiyasını önə çıxarır;
20 minə yaxın erməni hərbi kontingentinin çıxarılmasından sonra Qarabağda silahsızlaşdırmanın birinci mərhələsi tamamlanacaq. Bölgədə qalacaq "yerli ermənilərin” təqribi 5 minlik silahlı dəstəsi artıq növbəti mərhələnin işidir və bu, daha asan olacaq./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-03-2021 10:47
Baxış sayı: 3316Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















