Reklam
Aqil Məmmədov : "Prezidentin Qarabağa səfəri - Bu, düşməni çatladan görüntülər idi"
23-03-2021 19:46
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri bu ərazilərin əsl sahiblərinin kimliyini və orada 10 illiklər boyu erməni vandalığını bütün dünyaya çatdırılması baxımından əhəmiyyəti böyükdür. Ölkə rəhbərinin bölgələrə səfərlərində səsləndirdiyi fikirləri bu bölgənin inkişafı və qarşıda duran vəzifələr üçün bir proqram hesab olunur. Eyni zamanda bu səfərlər həmin bölgənin daha da canlanmasına, inkişafına töhfələr verir.
Dalidag.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Məmmədov teleqraf.com-a açıqlamasında ölkə başçısının bölgələrə səfərindən sonra həmin ərazilərə yeni bir nəfəs gəldiyini söyləyib: “Vətən müharibəsindən sonrakı dövrdə ölkə rəhbərinin işğaldan azad edilmiş bölgələrə səfərləri də mühüm əhəmiyyət kəsb edir. Ərazilərə qayıdış və oradakı real vəziyyətlə bağlı erməni vandallığının bütün dünyaya çatdırılması olduqca vacibdir. Bu səfərlər eyni zamanda ərazilərin inkişafına təkan verən amillərdəndir”.
Deputat qeyd edib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri həmin ərazilərin daha tez bərpasına xidmət edir: “Qısa zaman kəsiyində Azərbaycan vətəndaşlarının ata-baba yurdlarına qayıda bilməsi üçün zəmin yaranır. Erməni tapdağından azad olunmuş bölgələrdə infrastrukturun qurulması sıfırdan həyata keçiriləcək. Çünki bu ərazilərdə ermənilər vandallıq, barbarlıq edib. Tarixi abidələrin bərpasından başqa bütün infrastruktur yenidən qurulmalıdır”.
Aqil Məmmədov azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından bəhs edib: “Eyni zamanda alternativ enerji mənbələrindən istifadə üçün mühüm addımlar atılır. Yol nəqliyyat infrastrukturunun yaradılması üçün də ilkin işlər görülüb. Hər şey yoldan başlayır. Ərazilərə gediş-gəlişin asanlaşması üçün yol infrastrukturunun olması vacibdir. Cənab Prezident azad olunmuş bölgələrə səfərlərində həmçinin həm qarşı tərəfə, həm də bütün dünya dövlətlərinə bir daha göstərdi ki, ermənilər 30 il müddətində ərazilərdə hansı vandallıqları həyata keçirib. Amma bu torpağın əsl sahibinin görəcəyi işlər, yaradacağı reallıqlar ortadadır”.
Dalidag.az
Rəy
Paylaş
Kateqoriya: Qarabağ
Tarix: 23-03-2021 19:46
Baxış sayı: 3312
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23