Reklam
30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi - VİDEO
23-03-2021 09:01

Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağını ziyarət edib.
Dalidag.az xəbər verir ki, Xəzər televiziyasının “Birinci studiya” verilişinin heyəti 83 yaşlı Xalq artistini ilk olaraq ata yurdu Sarıhacılı kəndinə gətiriblər. Görkəmli xanəndə doğma kəndinin dağıntılarını görüb, göz yaşlarına hakim ola bilməyib, aparıcıdan öpmək üçün yerdən daş verməsini xahiş edib.
Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza can sağlığı versin!”
Arif Babayev kənd qəbiristanlığında valideynlərinin məzarlarını ziyarət etmək istəyib, amma qəbiristanlıqda salamat bir məzar olmayıb. Xalq artisti gətirdiyi qərənfilləri qırılmış məzar daşlarının üzərinə düzüb.
Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-03-2021 09:01
Baxış sayı: 4280Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























