Reklam
Azərbaycan Ordusunun karvanı Laçın dəhlizindən keçdi
22-03-2021 11:22

Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib.
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
"Sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparır, vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərirlər", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, rus sülhməramlıları martın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:
"Karvanın dördü - şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa- Qırmızı Bazar- Qacar marşrutu və biri əks istiqamətdə müşaiyət olunub".
Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 15 hektar ərazi, 5 km yol təmizlənib.
Bu günə kimi 1739 hektar ərazi, 541 km yol, 1616 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.349 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-03-2021 11:22
Baxış sayı: 4449Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























