Video əlavə olunub.
Reklam
Kananyan ŞOK DETALLARI AÇIQLADI: Azərbaycan iki il ərzində Xankəndidə... - VİDEO
12-03-2021 16:49

İki il ərzində Qarabağda tam nəzarət Azərbaycanın əlinə keçəcək.
Dalidag.az xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr Kananyan deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağla əlaqəsinin qalacağını güman edirdi: “Lakin görürük ki, bu əlaqə tədricən kəsilir. İki il ərzində Qarabağın elektrik enerjisi, qaz təchizatı və digər ehtiyaclar Azərbaycan tərəfindən təmin ediləcək. Bir neçə yüz ailəyə Rusiyada yaşamaq hüququ veriləcək, qalanlarına Azərbaycan pasportu təklif ediləcək. Nəticədə çox kiçik hissə bununla razılaşacaq, digərləri Ermənistana gedəcək və bizim vətəndaş olmağı seçəcəklər. Rusiyanın Qarabağda sülhməramlı qismində olması isə Moskvaya “zəmanət” üçün lazımdır ki, türk-rus razılaşmaları həyata keçirilsin”.
A.Kananyan Zəngəzur dəhlizindən də bəhs edib.
“Dəhliz Ermənistan ərazisi kimi qalacaq, lakin burada həyata keçiriləcək daşımalara görə bizə heç bir vergi verilməyəcək. Türkiyə və Azərbaycan bu dəhlizdən hətta hərbi texnika belə daşıyacaqlar, lakin razılaşmaya görə, Ermənistan heç bir mexanizmlə buna müdaxilə edə bilməyəcək”, - o deyib.
Qeyd edək ki, Xankəndiyə elektrik enerjisinin Şuşadakı yarımstansiyadan veriləcəyi haqda məlumatlar var.
Asif
Kateqoriya: Qarabağ
Tarix: 12-03-2021 16:49
Baxış sayı: 4453Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























