Reklam
Ermənilərin Azərbaycana atmaq istədiyi iftira özləri tərəfindən çürüdüldü: müharibə vaxtı...
12-03-2021 13:46

Qarabağdakı qondarma rejimin rəhbərinin xüsusi nümayəndəsi Boris Avaqyan Qarabağda minaların təmizlənməsi ilə məşğul olan “The HALO Trust” təşkilatının müharibə dövründə Azərbaycana minalanmış ərazilərin xəritələrini verdiyini iddia edib.
Dalidag.az xəbər verir ki, iddia ermənilərin özləri tərəfindən çürüdülüb.
Separatçı rejimin rəhbərinin mətbuat katibi Lusine Avanesyan “Sputnik Ermənistan”a açıqlamasında Avaqyanın sözlərinin “prezident”in mövqeyini əks etdirmədiyini deyib. Onun sözlərinə görə, “HALO Trust” hələ də Qarabağda mina təmizləməyə davam edir.
Separatçıların keçmiş “prezidenti” Bako Saakyanın mətbuat katibi olmuş Tiqran Abrahamyan isə vurğulayıb ki, təşkilatın Qarabağdakı minalanmış əraziyə girişi olub, ancaq cəbhə xəttində heç bir iş görməyib. Onun işi kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan ərazilərdə gedib. Abrahamyan qeyd edib ki, müvafiq strukturlar sürətli reaksiya verməlidir, çünki mövzuda ciddi təhdidlər var. Onun fikrincə, şirkətin bütün Qarabağ ərazisindəki minalanmış sahələr barədə məlumatlarının olması ehtimalı çox azdır.
Məsələ ilə bağlı təşkilatdan verilən açıqlamada da iddialar təkzib olunub. Bildirilib ki, “HALO Trust” yalnız dünyanın münaqişə bölgələrində fəaliyyət göstərə bilər. Bu açıqlama mütləq yalandır.
Qeyd edək ki, hazırda Qarabağda Rusiya sülhməramlı kontingenti və Türkiyədən gələn mütəxəssislər minaların təmizlənməsi mövzusunda fəal iş aparır.
“HALO Trust” mülki vətəndaşlar üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olur. Şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb.

Zümrüd
Kateqoriya: Qarabağ
Tarix: 12-03-2021 13:46
Baxış sayı: 3273Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar