İrəvandan muzdlu döyüşçülərlə bağlı ETİRAF: 248 PKK üzvünün cəsədi morqlarda saxlanılır
12-03-2021 11:29

Qarabağ müharibəsində işğalçı ermənilərə dəstək olan PKK terrorçularının meyitləri ortaya çıxıb.
Ermənistan Səhiyyə Nazirliyi 248 cəsədin İrəvandakı morqlarda olduğunu təsdiqləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov türk mediasına açıqlamasında deyib ki, müharibə dövründə bir çox erməni tərəfdarı Azərbaycanı muzdlu döyüşçülərin Qarabağa gətirilməsi ilə ittiham edib.
"Halbuki erməni dəstələri arasında fərqli ölkələrdən gələn muzdlular döyüşürdü. İndi İrəvanda baş verənlər qara təbliğatın çökdüyünün sübutudur. Azərbaycan müharibədən 20 gün sonra şəhid və qazilərin siyahısını dəqiqləşdirdi. Kimliyi bəlli olmayan bir nəşimiz də yoxdur” -, deyə o qeyd edib.
B.Həsənov Ermənistanın 4 ay keçməsinə baxmayaraq cəsədləri morqlarda saxladıqlarını bildirib:
"Çünki bu cəsədlər nə Ermənistanda, nə də Qarabağda yaşayan ermənilərə aiddir. Kanada, Suriya, İran, ABŞ, Fransa və Livan kimi ölkələrdən yüzlərlə muzdlu qatillər Qarabağa gətirilib və xeyli hissəsi cəbhədə öldürülüb. Bu muzdluların əksəriyyəti Suriya, İraq və İrandan gələn PKK terrorçulardır. Ermənilər bunu uzun müddətdir, gizli saxlasalar da , hökumətdəki müxalifət aşkara çıxardı. Nəticədə nazirlik etiraf etməli oldu”./sfera.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 12-03-2021 11:29
Baxış sayı: 3442Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















