Rusiya Qarabağ müharibəsində məğlub tərəfdir.
Dalidag.az istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib.
O bildirib ki, Kreml Qarabağa ordu yerləşdirmək istəmirdi:
“Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə son çarə olaraq belə bir addım atdı. İki ay əvvəl Rusiya xalqı qələbə qazandığını düşünürdüsə, indi məğlubiyyət olduğunu başa düşür. Rus xalqı Qarabağda yerləşdirilən rus sülhməramlılara maliyyə ayrılmasını istəmir”.
Qobl, həmçinin Dmitri Medvedyevin ötən günlərdə Qarabağın Rusiyanın status məsələsini müzakirə etmək istəməməsinin Ermənistanda böyük bir qəzəbə səbəb olduğunu da vurğulayıb:
“Dmitri Medvedyev ötən günlərdə öz çıxışı zamanı hazırda Qarabağın statusu məsələsinin müzakirəsi üçün uyğun vaxt olmadığını vurğuladı. Ermənilər bütün baş verənlərə və status məsələsinin Kreml tərəfindən müzakirəyə çıxarılmamasına görə böyük xəyanətlə üzləşdiklərini düşünürlər”.
Qeyd edək ki, sabiq səfir Richard Kozlariç, keçmiş səfir və ATƏT MQ-nin ABŞ-dan olan sabiq həmsədri Keri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Xarici Hərbi Araşdırmalar Ofisində Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirak etdiyi olduqca maraqlı müzakirə bir müddət öncə baş tutub.axar.az
Reklam
Rusiya Qarabağda məğlub oldu – Qobl
17-02-2021 09:51

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 17-02-2021 09:51
Baxış sayı: 2247Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























