Ermənistanın Sünik bölgəsinin Çakaten kəndində ermənilər və azərbaycanlılar bir-birlərindən 2 metr məsafədə dayanır.
Dalidag.az xəbər verir ki, bunu kəndin muxtarı Usik Saruxanyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar Qafan-Çakaten yolunun bir hissəsindən istifadə edir və sülhməramlıların müşayiəti ilə vəzifələrini icra edirlər.
“Erməni və Azərbaycan hərbçiləri, sözün əsl mənasında, bir-birindən bir neçə metr məsafədə yerləşirlər. Vəziyyət hələ də sakitdir, hər şey hər zamankı kimi davam edir. Ancaq onlar (Azərbaycan hərbçiləri) çox yaxındırlar. Kəndlilər onları görəndə bir az ... onları utandırırlar. Türklər (azərbaycanlılar - red.) və ermənilər bir-birlərindən 2-3 metr məsafədə dayanır”.
Bölgədəki televiziya qülləsi binası isə Azərbaycan hərbçilərinin nəzarətindədir. Azərbaycanın mövqeləri, demək olar ki, kəndə bitişikdir. Evlərin bir hissəsi təpənin bir tərəfində, azərbaycanlıların mövqeləri digər tərəfdədir. Azərbaycan hərbçilərinin yerləşdiyi qüllədən ən yaxın evə düz bir xətlə, təxminən, 250 metr məsafə var.
Kəndin ətrafındakı faktiki sərhədin uzunluğu isə təxminən 30 km-dir.
Ermənilər bir dəqiqədən sonra müharibənin yenidən başlaya biləcəyi və ölkənin başına nə gələ biləcəyinin müəmması ehtimalı ilə yaşayır.
Qeyd edək ki, ötən gün Ermənistanın Əkərək kəndinin Azərbaycan hərbçilərinin nəzarətində olduğu xəbəri yayılmışdı.publika.az
Ermənistanın bu kəndi də Azərbaycanın nəzarətindədir, ermənilər qorxur ki... - VİDEO
16-02-2021 10:51

Kateqoriya: Qarabağ
Tarix: 16-02-2021 10:51
Baxış sayı: 3301Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















