Türk əsgəri Qarabağda: nələr dəyişəcək?
28-01-2021 11:09
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması mühüm hadisədir. Artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək.Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Teymur Qasımlı Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması haqda danışarkən deyib.
O bildirib ki, Birgə Monitorinq Mərkəzində Türkiyə ilə Rusiya eyni səlahiyyətlərə malik olmalıdır:
“Bu, çox vacib məsələdir. Tərəflər eyni səlahiyyətlərə malik olsa, bu, Mərkəzin fəaliyyətini daha məhsuldar edər. Təbii, istərdik, regionda Rusiya kimi Türkiyənin də sülhməramlıları olsun və iki ölkə bu missiyanı birlikdə həyata keçirsin. Bu, nəzərdə tutulmasa da, Mərkəzin fəaliyyəti, tərəflərin birgə işləmək təcrübəsi və əldə ediləcək uğurlu nəticə ola bilsin, gələcəkdə bu məsələnin də reallaşmasına gətirib çıxarsın”.
Politoloq deyib ki, rəsmi Bakının Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gözləntiləri böyükdür:
“Birincisi, hazırda rəsmi Bakını narahat edən başlıca məsələ Ermənistan rəsmilərinin Xankəndiyə səfərlər etməsidir. Bu, həm mövcud sülhün pozulması, həm də gərginliyin yenidən artmasına səbəb ola bilər. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bu mənada Mərkəzdən başlıca gözlənti bu səfərlərin qarşısının alınmasıdır. Türkiyənin bu istiqamətdə nələrsə edib-etməyəcəyini indidən demək çətindir, lakin Mərkəz bu məsələnin üzərinə düşməlidir.
İkincisi, son günlər rus sülhməramlıları ilə bağlı bəzi xoşagəlməz hallar yaşanır. Rəsmi Bakı vaxtında reaksiya versə də, Mərkəzin də nəzarət mexanizmini gücləndirməsi vacibdir.
Üçüncüsü, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması vacib prosesdir. Bu məsələ də Mərkəzin nəzarətində baş verməlidir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-01-2021 11:09
Baxış sayı: 4290Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















