Reklam
Erməni tarixçi: Qarabağda ədalət qalib gəldi, təbrik edirəm!
24-01-2021 11:21
İkinci Qarabağ müharibəsinin bitməsi erməni xalqı üçün böyük imkanlar yaratdı. Artıq onlar tamamilə başqa bir həyata başlaya bilər. Çünki bundan sonra erməni xalqı başqasının ərazilərini artıq yük kimi çiyinlərində daşımağa məcbur olmayacaqlar.Dalidag.az xəbər verir ki, bu sözləri erməni əsilli Ukrayna tarixçisi və tədqiqatçısı Filipp Ekozyans bildirib. Onun sözlərinə görə, bu müharibədə Azərbaycan əsgəri vətənini müdafiə edirdi:
“Erməni hərbçiləri və könüllüləri düşünürdülər ki, onlar da vətənlərini qoruyurlar. Onlar bu fikirlə öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğunu və yalanların harada gizləndiyini anlamaq çox çətin olur. Bu, uzun bir prosesdir və Qarabağ müharibəsində həlak olmuş ermənilər təəssüf ki, artıq heç vaxt həqiqəti bilməyəcəklər. Onlar artıq bu prosesə qatıla da bilməyəcəklər. Mən demək istəyirəm ki, erməni tarixi indi bizim bildiyimiz kimi deyil. Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, heç bir “Böyük Ermənistan” olmayıb. Erməni əsgərləri yad ərazilərdə həlak oldular. Ancaq bütün bu adamların günahı yox idi. Onlar böyük bir yalanın qurbanı oldular. Günahkarlar bu yalanı illərdir erməni xalqının başına və qəlbinə yeridən bizim “tarixçilər” və “siyasətçilərdir”, - deyə o qeyd etdi.
Ekozyans çıxışı zamanı Azərbaycan xalqını qələbə və ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edi: “Mən erməni xalqını da təbrik edirəm ki, onların tamamilə başqa həyatı başlayır. Tarixin başqa bir dövrü. Ümüd edirəm ki, ermənilərin əksəriyyəti hələ sağlığında öz həqiqi tarixini öyrənə biləcək", - deyə tədqiqatçı vurğulayıb.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-01-2021 11:21
Baxış sayı: 3378Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























