Reklam
Rusiya Qarabağda bu işi görməyəcək - Rus ekspert
14-01-2021 10:54
Şübhəsiz ki, Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.Dalidag.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı, "İzborsk klubu"nun daimi üzvü Mixail Xazin deyib.
Xazin bildirib ki, regiona qayğı Azərbaycan hakimiyyətinin çiynindədir:
“Əmin olmaq olar ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə dəqiq məşğul olmayacaq. Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət və keçmiş cəbhə bölgəsini yaşayış bölgəsinə çevirmək (yəni hər şeydən əvvəl minalardan təmizlənmə və təhlükəsizliyin təmin edilməsi). Ərazilərin inkişafı - infrastrukturun inşası və digər humanitar aspektlər isə, əlbəttə, onların aid olduqları ölkələrin işidir”.
Öz növbəsində, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artyom Pılin deyir ki, Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Ermənistanla Azərbaycan üzərindən birləşdirəcək marşrutların tikintisindədi:
Əmin olmaq olar ki, Azərbaycan hazırda Rusiya tərəfindən aldığı humanitar yardım da daxil olmaqla, Qarabağın inkişafı ilə məşğul olacaq. Belə yardımın davamlılığına gəlincə, bu, müharibənin nəticələrinin nə qədər tez aradan qaldırılmasından asılı olacaq: torpaqları minalardan təmizləmək, əsas infrastrukturu və yaşayış binalarını təmir etmək...".virtualaz.org
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-01-2021 10:54
Baxış sayı: 3317Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























